adil sifət
Ədalətli, haqlı. “Bu adil deyil” isə haqsızlıqdır. İnsan özünü aldadılmış hiss edəndə ağzından çıxan cümlədir.
18+ Böyüklər üçün 2D cizgi serialı
Adil hanzodur, Anar isə saf. Biri hər axmaq planını “kişi işi” adlandırır, o biri hər dəfə inanır. Hər seriyada kiməsə haqsızlıq olur. Adətən Anara.
Narahat olma. Bu, kişi işidir.
Bu, adil deyil axı!
Serial
adil sifət
Ədalətli, haqlı. “Bu adil deyil” isə haqsızlıqdır. İnsan özünü aldadılmış hiss edəndə ağzından çıxan cümlədir.
Adil ad
Serialın baş qəhrəmanı. Adının mənası “ədalətli” olsa da, ədalətdən xəbəri yoxdur. Yəni ad iki cür oxunur: “bu, ədalətli deyil” və “bu, Adil deyil”.
Diqqət: serialda söyüş, kobud yumor və tərbiyəsiz qəhrəmanlar var. 18 yaşdan kiçiklər üçün deyil.
Personajlar
Kobud və tərbiyəsizdir, hər cümləsində söyüş var. Hamını axmaq sayır, ən çox da Anarı, amma hara getsə onu da özü ilə aparır. Dişindən kürdan, başından kepka əskik olmur.
“Narahat olma. Bu, kişi işidir.”
Saf və keydir, ürəyində heç kimə pislik yoxdur. Adilin söyüşlərini zarafat, hər axmaq planını dahiyanə fikir sanır. Zarafatı hamıdan sonra başa düşür.
“Bu, adil deyil axı!”
Seriyalar
Yeni seriyaları ilk sən izlə: kanala abunə ol və bildiriş zəngini aktiv et.
Əlaqə
Təklif, əməkdaşlıq və ya sadəcə “bu, adil deyil” demək istəyirsənsə, yaz.